Dünən İsrailin “Kan” telekanalı region ölkələrindən birinin İrana qarşı son hava əməliyyatları zamanı öz hava məkanından İsrailin istifadəsinə icazə vermədiyini bildirib.
Zefer.media xəbər verir ki, İsrail tərəfi əvvəlki regional qarşıdurmalarda olduğu kimi əməkdaşlıq gözləsə də, hava məkanının bağlanması gözlənilməz addım kimi qiymətləndirilib.
Kanalın istinad etdiyi mənbə bu qərarı bölgədəki siyasi və diplomatik konfiqurasiyada baş verən dəyişikliklərin göstəricisi adlandırıb. Mənbənin sözlərinə görə, sözügedən addım İsrailə ünvanlanmış “aydın diplomatik siqnal” kimi dəyərləndirilə bilər.
Hesabatda qeyd olunur ki, İran ətrafında artan gərginlik fonunda bəzi regional aktorlar öz mövqelərini yenidən nəzərdən keçirirlər və bu, gələcək əməkdaşlıq formatlarına da təsir göstərə bilər.
Zərintac Mayisqızı
















