Hadisə

“Qoç Ət” restoranında rəzalət: Pendirdən saç tükü çıxdı- FOTO

12 May 2026, 13:542
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı şəhərinin 8-ci mikrorayon ərazisində yerləşən “Qoç Ət” restoranında səhər yeməyində olan müştərinin sifariş etdiyi pendirin içindən saç tükü çıxıb.

Zefer.media xəbər verir ki, şikayətçi ictimai fəal Ramil Əliyev Korrekt.az-a müraciət edərək bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Onun sözlərinə görə, restoranda sifariş etdikləri səhər yeməyi zamanı təqdim olunan pendirin içərisindən saç tükü çıxıb.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı restoran əməkdaşlarına iradını bildirsə də, qarşı tərəf bunu ciddi problem kimi qəbul etməyib və adi hal kimi qiymətləndirib.

Ramil Əliyev əlavə edib ki, baş verən hadisədən sonra onlar yeməkdən imtina edərək hesabı ödəyib restorandan ayrılıblar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600