• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.1° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qısa, lakin mənalı ömür - Ceyhun Hüseynovun xatirə gecəsi

19 May, 26 / 17:31
A A

2024-cü ilin iyununda Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində həyatını itirən əsgər Ceyhun Hüseynovun xatirə gecəsi keçirilib.

Zefer.media Bizim.Media-ya istinadən xəbər verir ki, Tədbirdə dövlət rəsmiləri, deputatlar, incəsənət xadimləri, ədəbiyyat nümayəndələri, şəhid anaları və qazilər, o cümlədən mərhumun qohumları və dostları iştirak ediblər.

Qonaqlar əvvəlcə Ceyhun Hüseynovun şəxsi əşyaları və fotolarının toplandığı xatirə muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara mərhum əsgərimizin həyat yolu və hərbi xidməti ilə bağlı məlumat verilib.

Xatirə gecəsi Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ceyhun Hüseynovun həyat yoluna işıq salan videoçarx nümayiş etdirilib.

Daha sonra qonaqlar Ceyhun Hüseynovla bağlı xatirələrini bölüşüblər. Mərhum əsgərimizin vətəninə ürəkdən bağlılığı, cəsarəti, eyni zamanda necə savadlı, mehriban və səmimi bir gənc olması çıxış edənlər tərəfindən xüsusi vurğulanıb.

Xatirə gecəsində şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, Xalq artistləri Könül Xasıyeva və Alim Qasımov, o cümlədən Əməkdar artist Fərqanə Qasımova muğam ifa ediblər.

Xatırladaq ki, Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O, mehribançılığı, səmimiyyəti, çalışqanlığı ilə hər zaman yaşıdlarından fərqlənib. Liseyi bitirdikdən sonra qəbul imtahanında 627 bal toplayan Ceyhun ADA Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsili alib.

Ceyhun ali təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Lakin hərbidən tərxis olunmağına 20 gün qalmış onun qısa, lakin mənalı ömrü sona çatıb. Belə ki, o, 2024-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

İyunun 11-də isə Ceyhun Hüseynovun nəşi tapılıb. Mərhumun cənazəsi Ordubad rayonunun Gənzə kəndində, adını daşıdığı şəhid əmisinin məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Ceyhunun adını daşıdığı əmisi – Ceyhun Tahir oğlu Hüseynov 1975-ci il yanvarın 22-də Ordubadın Gənzə kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsinə qatılıb, bir sıra istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak edib. Ceyhun Hüseynov 1994-cü il aprelin 17-də Goranboy rayonun Talış kəndində gedən döyüşlərdə şəhid olub.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı zooparkı ləğv olunur

İyun 23, 2026
Cəmiyyət

Bu tarixə kimi yağış yağacaq

İyun 23, 2026
Cəmiyyət

Qida məhsullarına dair reklamlar - Necə inanaq? - Mütəxəssisdən açıqlama+Video 

İyun 23, 2026
Cəmiyyət

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içdilər

İyun 23, 2026
Cəmiyyət

Universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq

İyun 22, 2026
Cəmiyyət

Bu ərazidə hərəkət istiqamətləri dəyişdirilir

İyun 22, 2026

XƏBƏR LENTİ

Prezident dövlət qulluqçularını təltif etdi – SİYAHI

23 İyun, 26 / 18:12

Bakı zooparkı ləğv olunur

23 İyun, 26 / 18:08

İran və Pakistan təhlükəsizlik əməkdaşlığını müzakirə edib

23 İyun, 26 / 17:21

Putin: Zelenskinin məktubu danışıqlar üçün ilkin şərtlər yaratmır

23 İyun, 26 / 17:19

Livan nümayəndə heyəti İsrail ilə danışıqlar aparmaq üçün Vaşinqtona gəlib

23 İyun, 26 / 17:15

Tramp: “İran nüvə yoxlamalarına razılıq verib”

23 İyun, 26 / 17:10

Bu tarixə kimi yağış yağacaq

23 İyun, 26 / 17:08

Türkiyə qlobal ticarətin davam etməsi üçün daha sürətli viza və sadə gömrük prosedurlarını təklif edir

23 İyun, 26 / 17:04

“Ukrayna müdafiə sənayesi ən yaxşısıdır, Avropa da onlardan nümunə götürməlidir”

23 İyun, 26 / 16:53

“Bölgədə kollektiv təhlükəsizlik üçün bütün ölkələrlə dialoqa hazırıq”

23 İyun, 26 / 16:51

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.