• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.1° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Qazlı içkilər insan sağlamlığına necə təsir edir ? - Açıqlama

16 Mart, 26 / 14:30
A A

Dünyada ən çox istehlak olunan içkilərdən biri qazlı içkilərdir. Müasir dövrdə bu içkilərə sərinləşdirici effekt vermək üçün karbon dioksid əlavə olunur. Qazlı içkilərin tərkibinə su, şəkər və ya şəkər əvəzediciləri, turşular, meyvə şirəsi, dadlandırıcı və rəngləndiricilər, həmçinin uzun müddət saxlanılması üçün müxtəlif maddələr qatılır.

Məsələ ilə bağlı Zefer.media-ya açıqlama verən həkim- dietoloq Əsmər Kərimli şəkərli içkilərin tərkibində əlavə şirinləşdirici maddə olan içkilər olduğunu qeyd edib:

“Şəkərli içkilər dedikdə tərkibinə əlavə şəkər və ya şəkər əvəzedicisi qatılmış bütün içkilər nəzərdə tutulur. Bu kateqoriyaya etiket məlumatlarına əsasən tərkibində yüksək fruktozalı qarğıdalı siropu, sukroza və ya meyvə suyu konsentratı olan içkilər də daxildir. Eyni zamanda, tərkibinə əlavə şəkər qatılmış südlü içkilər də şəkərli içkilər sırasına aid edilir”.

Şəkərli içkilərin orqanizmə mənfi təsirini göstərən tədqiqatların sayı günbəgün artır. American Heart Association tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbindən 133 min insan diabetdən, 44 min insan ürək-damar xəstəliklərindən, 6 min insan isə xərçəngdən həyatını itirir. Məlumdur ki, şəkərli içkilərin tərkibində yüksək miqdarda şəkər və kalori mövcuddur. Qida dəyəri baxımından isə bu içkilər olduqca zəif hesab edilir. Bu səbəbdən şəkərli içki qəbul edildikdə toxluq hissi yaranmır və gün ərzində qəbul edilən qidalar artıq çəki və piylənməyə səbəb ola bilər”.

Mütəxəssis bildirib ki, bu xəstəliklərdən qorunmaq üçün qəbul olunan miqdara diqqət yetirmək vacibdir. Yəni mümkün qədər qazlı və şəkərli içkilərin istehlakının azaldılması tövsiyə olunur:

“Bu gün 250 millilitrlik bir porsiya qazlı şəkərli içkinin tərkibində təxminən 30 qrama yaxın şəkər mövcuddur. Nəzərə alsaq ki, gündəlik qida rasionumuzda şəkəri digər qida məhsullarından da qəbul edirik, bu halda tövsiyə olunan gündəlik normanı bir neçə dəfə aşmış oluruq. Artıq miqdarda qəbul edilən şəkər zamanla müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu, xroniki qaraciyər xəstəliklərinin, o cümlədən qeyri-alkoqol mənşəli qaraciyər xəstəliklərinin, həmçinin ürək-damar xəstəliklərinin riskini artırır. Araşdırmalar göstərir ki, şəkərin həddindən artıq qəbulu mədə-bağırsaq sistemi xəstəlikləri və xərçəng riskinin də artmasına gətirib çıxara bilər”.

Sonda Ə.Kərimli qazlı, şəkərli içkilərin mütəmadi şəkildə istifadəsi həmin içkilərin vərdiş halına gəlməsinə səbəb ola biləcəyini vurğulayıb:

“Qazlı içkilərin qəbulu beyində dopamin maddəsinin ifrazını artırır. Bu isə beynin narkotik maddə istifadə edən insanlarda müşahidə olunan reaksiyalara bənzər reaksiyalar verməsinə səbəb ola bilər. Nəticədə bu tip içkilərə qarşı asılılıq formalaşa bilər”.

Pərvin

Bənzər Xəbərlər

Siyasət

Prezidentdən 3 fərman

İyul 28, 2026
Siyasət

Prezident İlham Əliyev Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

İyul 28, 2026
Siyasət

"Qara dənizin qarşıdurma məkanına çevrilməsi dünya iqtisadiyyatına zərbə vura bilər" - AÇIQLAMA 

İyul 28, 2026
Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026

XƏBƏR LENTİ

Zelenski Trampla danışıqlar barədə: “Patriot raketlərinin istehsalı müzakirə olunub”

28 İyul, 26 / 21:10

Peskov: “Xəzər dənizində İran gəmisinə zərbə İrana hücum kimi qiymətləndirilməlidir”

28 İyul, 26 / 21:06

Ukrayna mediası İranın hücumu ilə bağlı xəbərdarlıq edib

28 İyul, 26 / 21:02

“ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

28 İyul, 26 / 20:59

İran Tehranın dondurulmuş aktivlərindən istifadə edən şirkətlər üçün Hörmüz boğazından keçidi məhdudlaşdırmaqla hədələdi

28 İyul, 26 / 20:56

Slovakiya səfirliyində görüş keçirilib

28 İyul, 26 / 18:31

İtaliya millisinin yeni baş məşqçisi kimdir?

28 İyul, 26 / 18:27

İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb

28 İyul, 26 / 18:26

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul, 26 / 18:25

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

28 İyul, 26 / 18:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.