• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.1° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

"Qara dənizin qarşıdurma məkanına çevrilməsi dünya iqtisadiyyatına zərbə vura bilər" - AÇIQLAMA 

28 İyul, 26 / 14:00
A A

Hörmüz boğazında vəziyyət sabit deyil. Rusiya Qara dəniz vasitəsilə Odessadakı limanlarımıza gedən dəniz yollarını bağlamağa çalışır. Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem ilə görüşdə deyib.

“Hər hansı dəniz yolunun bağlanması təkcə bir ölkənin problemi deyil. Bu, qlobal təhlükəsizliyə və dünya ticarətinə zərbə vurur, dünyanın bir çox ölkəsində insanların həyatını daha bahalı edir”, – Zelenski qeyd edib.

Bəs, hazırkı vəziyyət nə kimi problemlər, çətinliklər ortaya çıxarır?

Zefer.media-ya açıqlamasında məsələyə münasibət bildirən politoloq Elçin Xalidbəyli vurğulayıb ki, Qara dənizin blokadaya alınması təkcə Ukraynaya deyil, dünya iqtisadiyyatı üçün də ciddi risklər yarada bilər:

“Qara dənizdə ticarət fəaliyyətinin məhdudlaşdırılması beynəlxalq ticarətə və logistika zəncirinə mənfi təsir göstərə bilər. Görünən odur ki, Rusiya Hörmüz boğazı ilə bağlı oxşar ssenarini Qara dənizdə tətbiq etməyə çalışır. Çünki Kreml Hörmüz boğazının blokadasının ciddi təsir aləti olduğunu anlayıb və bu üsuldan Qara dənizdə də istifadə etmək niyyətindədir. Lakin bu, Rusiya üçün asan olmayacaq. Belə addımlar təkcə Ukraynaya deyil, Qara dəniz hövzəsində yerləşən digər dövlətlərə də təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, Qara dəniz yalnız Rusiyanın nəzarət etdiyi və ya hərbi donanmaya malik olduğu su hövzəsi deyil. Burada Rumıniya və Türkiyə kimi NATO üzvü olan dövlətlər də fəaliyyət göstərirlər. Xüsusilə Türkiyə Qara dənizdə sabitliyin qorunmasında mühüm rol oynayır və dünyanın güclü hərbi dəniz qüvvələrindən birinə malikdir. Buna görə də Rusiyanın Qara dənizin gələcəyini təkbaşına müəyyənləşdirmək cəhdlərinin uğur qazanması o qədər də asan görünmür”.

Həmçinin müsahib Rusiyanın sözügedən istiqamətdə israrlı addımlarının münaqişənin miqyasını daha da genişləndirə biləcəyini qeyd edib:

“Rusiyanın bu istiqamətdə israrlı addımları münaqişənin miqyasını daha da genişləndirə bilər. Əgər Moskva Qara dənizdə blokada cəhdlərini intensivləşdirərsə, bu, həm Türkiyə, həm də bütövlükdə NATO ilə ciddi hərbi-siyasi gərginliyə səbəb ola bilər. Belə bir ssenaridə Ukrayna müharibəsinin həm xarakteri, həm də inkişaf istiqaməti dəyişə və münaqişə daha geniş miqyas ala bilər. Hazırkı mərhələdə Ukraynanın Qara dənizdə Rusiyaya təsir imkanları məhdud olsa da, hücum PUA-ları vasitəsilə müəyyən müqavimət göstərmək potensialını qoruyur. İstənilən halda, Qara dənizin hərbi-siyasi qarşıdurma məkanına çevrilməsi dünya iqtisadiyyatına və beynəlxalq ticarətə ciddi, hətta sarsıdıcı zərbələr vura bilər”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Siyasət

Tacikistandakı səfirimiz də geri çağırıldı

İyul 28, 2026
Siyasət

Hindistandakı səfirimiz geri çağırılıb

İyul 28, 2026
Siyasət

Prezidentdən 3 fərman

İyul 28, 2026
Siyasət

Səfirimiz Mirziyayevlə görüşdü

İyul 28, 2026
Siyasət

Prezident İlham Əliyev Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

İyul 28, 2026
Siyasət

Ukrayna İranın ittihamlarına cavab verib

İyul 27, 2026

XƏBƏR LENTİ

Tacikistandakı səfirimiz də geri çağırıldı

28 İyul, 26 / 14:10

Hindistandakı səfirimiz geri çağırılıb

28 İyul, 26 / 14:09

Prezidentdən 3 fərman

28 İyul, 26 / 14:07

Səfirimiz Mirziyayevlə görüşdü

28 İyul, 26 / 14:05

Prezident İlham Əliyev Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

28 İyul, 26 / 14:04

Daha 5 azərbaycanlı fəala həbs cəzası

28 İyul, 26 / 14:02

"Qara dənizin qarşıdurma məkanına çevrilməsi dünya iqtisadiyyatına zərbə vura bilər" - AÇIQLAMA 

28 İyul, 26 / 14:00

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.