Dünya

Peskov: “Xəzər dənizində İran gəmisinə zərbə İrana hücum kimi qiymətləndirilməlidir”

28 İyul 2026, 21:065
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin İrana hücum kimi baxılmalı olduğunu bildirib.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Peskov jurnalistlərə bildirib ki, həmin insident “Kiyevdən gələn təhlükənin aradan qaldırılmasının nə qədər vacib olduğunu” göstərdi.

Xatırladaq ki, ötən həftənin cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qüvvələrinin Rusiyaya məxsus hərbi texnikanın İrana daşınması ilə əlaqəli olduğunu söylədiyi iki gəmiyə zərbə endirdiyini bildirmişdi.

Növbəti gün İran Xarici İşlər Nazirliyi “Ana” ticarət gəmisinə edilən hücum nəticəsində bir iranlı dənizçinin həlak olduğunu, daha birinin isə yaralandığını bildirib.

İran xarici siyasət idarəsinin nümayəndəsi, eləcə də Parlamentin Milli Təhlükəsizlik Komissiyasının iki üzvü Tehranın bu zərbələrə “mütləq və yaxın vaxtlarda” cavab verəcəyini bəyan ediblər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600