Dünya

“ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

28 İyul 2026, 20:597
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və səhhətinin vəziyyətini qiymətləndirməkdir.

Zefer.media xəbər verir, bu barədə “The Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, atasının həlak olmasından sonra Müctəba Xameneyi demək olar ki, ictimai məkandan qeyb olub: o, telefon və kompüterlərdən istifadə etmir, xarici aləmlə əlaqəni isə yalnız etibar etdiyi şəxslər vasitəsilə saxlayır.

Məhz bu vasitəçilərin axtarışına hazırda CIA və “Mossad”ın qüvvələri cəlb olunub.

Bildirilir ki, CİA-nin Üsamə bin Ladenin axtarışı üzrə əməliyyatını xatırladan taktikadan istifadə olunur; həmin əməliyyatda kuryer şəbəkəsinin izlənilməsi uğurun açarına çevrilmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600