Qazaxıstanda psixoloqlar üçün inzibati cərimələrin tətbiqi məsələsi gündəmə gəlib.
Zefer.media xəbər verir ki, bu barədə deputat Aina Musralimova “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırkı qanunvericilik artıq vətəndaşların sağlamlığına zərər vurulması hallarında cərimə, islah işləri və hətta azadlıqdan məhrumetmə kimi cinayət məsuliyyəti nəzərdə tutur. Bununla yanaşı, işçi qrupu psixoloqların fəaliyyətinə dair əlavə inzibati sanksiyaların tətbiqi imkanlarını da nəzərdən keçirir.
Hazırda cərimələrin konkret məbləği hələ müəyyənləşdirilməyib.
Qeyd olunur ki, müvafiq düzəlişlər qanun layihəsinin ikinci oxunuşu üçün hazırlanacaq.
Yeni təşəbbüsün məqsədi psixoloji xidmətlərin keyfiyyətini artırmaq və vətəndaşların hüquqlarını daha effektiv şəkildə qorumaqdır.
Aytən Yalçınqızı

















