Bu gün Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana səyahət etməmək barədə tövsiyə verib.
Zefer.media xəbər verir ki, XİN nümayəndələri Qazaxıstan vətəndaşlarının hüquq və maraqlarının qorunmasının xarici siyasətin əsas prioritetlərindən olduğunu və müxtəlif ölkələrdəki siyasi və təhlükəsizlik vəziyyətinin davamlı şəkildə izlənildiyini qeyd ediblər.
Nazir müavini Yerjan Aşikbayev qeyd edib ki, bölgədə artan gərginlik səbəbindən hazırda İrana səfər riskli hesab olunur və vətəndaşlara bu ölkəyə getməmək tövsiyə edilir.
Zərintac Mayisqızı
















