Dünya

“Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib”

26 Mart 2026, 12:2417
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qara dənizdə “ALTURA” neft tankerinə dron hücumu qəsdən törədilib.

Zefer.media “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir”, – o qeyd edib.

Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir.

A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:

“Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600