Bu gün İranda parlamentin Rəyasət Heyətinə keçirilən seçkilər başa çatıb.
Zefer.media xəbər verir ki, səsvermə səhər saat Bakı vaxtı ilə 08:00-da başlayıb və bir neçə saat davam edib.
Millət vəkilləri parlament rəhbərliyinin 12 üzvünü, o cümlədən sədr, iki sədr müavinini, altı katibi və üç müşahidəçini birbaşa səsvermə yolu ilə seçiblər.
Məlumata görə, Məhəmməd Bağır Qalibaf yenidən parlamentin sədri seçilib və daha bir il müddətinə bu vəzifədə qalacaq.
Rəsmi nəticələrin digər postlar üzrə də qısa müddətdə açıqlanacağı bildirilir.
Zərintac Mayisqızı

















