• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17 Sentyabr, 26 / 10:46
A A

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və mütəfəkkir şair Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Qafqazı, Türk dünyasını və İslam aləmini bir masa arxasında birləşdirdi.
Azərbaycan öz tarixini yalnız keçmiş zaman kimi təqdim etmir, onu çağdaş siyasətin bir hissəsinə çevirir. Məhz buna görə də Prezident İlham Əliyev bu konfransın əhəmiyyətini xalqımızın zəngin mədəni irsi və Türk dünyasının ortaq yaddaşı ilə əlaqələndirdi.

Seyid Yəhya Bakuvi, Nizami Gəncəvi, Nəsimi, Füzuli və Xətai kimi dahilər yetişdirmiş Azərbaycan bu gün milli və dini-mənəvi dəyərlərin qorunduğu və yeni nəsillərə ötürüldüyü mərkəz rolunda çıxış edir.

Ölkə başçısının çıxışında İslam həmrəyliyinə çağırış və bu həmrəyliyin əldə olunması yolları göstərildi. İslam Həmrəyliyi Oyunlarından başlayaraq ICESCO və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən və həyata keçirilən təşəbbüslər Azərbaycan dövləti tərəfindən bu istiqamətdə davamlı addımlar atıldığını göstərir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də Azərbaycanın birləşdirici missiyasının davamı olacaq.

Prezident din xadimləri ilə görüşündə Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın davamlı olması haqqında yeni bir təşəbbüslə çıxış etdi. Davamlı platformalarda beynəlxalq tərkibli hər bir dialoq, fikir və təcrübə mübadiləsi həmrəyliyə açılan bir qapıdır. Azərbaycan öz qapısını həmrəyliyə, dostluğa və qardaşlığa açır.

Prezident İlham Əliyev son onilliklər ərzində Azərbaycanın üzləşdiyi işğal və işğalın törətdiyi məhrumiyyətlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Ölkə başçısı işğala son qoyulması və yüz minlərlə soydaşımızın doğma torpaqlarına qayıtmaq imkanı əldə etməsi səbəbini məhz milli həmrəylikdə və milli birlikdə gördüyünü bildirdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək ərazi bütövlüyünü, suverenliyini və milli ləyaqətini bərpa etdi. Bu qələbə şəhidlərin qanı, ordunun qəhrəmanlığı və xalqın iradəsi hesabına qazanıldı. Prezidentin vurğuladığı kimi, bu, təkcə hərbi uğur deyil, beynəlxalq hüququn praktik şəkildə bərpasıdır.

Bu gün Azərbaycan keçmişin dağıntıları üzərində öz gələcəyini qurur. Artıq Qarabağ və Şərqi Zəngəzurda onlarla şəhər və kəndlərdə həyat bərpa olunub, 90 mindən çox insan öz yurduna qayıdıb. “Böyük Qayıdış” sadəcə köç proqramı deyil, tarixi ədalətin bərpası, milli ləyaqətin və qürurun təntənəsidir.

Prezident vurğuladı ki, ikinci Qarabağ müharibəsində mülki əhali hədəf seçilməmişdi, döyüş yalnız işğalçı hərbi birləşmələrə qarşı aparılırdı. Ölkə başçısı bunu xalqımızın milli mentaliteti və mənəvi dəyərləri ilə izah edərək bildirdi ki, qisas yalnız döyüş meydanında alınır. Bu yanaşma bugünkü sülh siyasətinin də əsasını təşkil edir.

Qarabağda ilk bərpa olunan obyektin Ağdam məscidi olduğunu vurğulayan dövlət başçısı bunun milli – mənəvi dəyərlərə verilən əhəmiyyətin göstəricisi kimi xarakterizə etdi. Bu gün artıq onlarla məscid bərpa olunub və abadlaşan ərazilərdə yeniləri tikilir. Bununla da Azərbaycan milli-mənəvi dəyərlərin qorunmasının dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi olduğunu nümayiş etdirir.

Prezident çıxışında beynəlxalq ikili standartlara da toxundu. BMT qətnamələrinin icra olunmaması, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, işğalçı Ermənistana heç bir sanksiya tətbiq olunmaması beynəlxalq təşkilatların yürütdüyü ikili standartlar siyasətinin göstəricisidir. Zaman-zaman müxtəlif Avropa ölkələrində Qurani-Kərimin nümayişkəranə şəkildə təhqir olunması, müsəlmançılığın terrorla eyniləşdirilməsi və İslam dəyərlərinə qarşı aparılan qarayaxma kampaniyaları Prezident tərəfindən məqsədyönlü proses kimi qiymətləndirildi.

Bir sözlə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçıları ilə görüşündə səsləndirdiyi mesajlar Qafqaz, Türk dünyası və İslam sivilizasiyası çərçivəsində birliyə və həmrəyliyə çağırışlar idi. Bu çağırışların öz ünvanına çatması və əməli addımlarla dəstəklənməsi Qafqazda, Türk geo-siyasi regionunda və bütün İslam dünyasında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək.

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.