• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

Qadın hərbçilərlə bağlı bu təklif ilk oxunuşdan keçdi

20 Fevral, 26 / 13:57
A A

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq.

Zefer.media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

Qeyd edilib ki, praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.

Bildirilib ki, bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Hərbi

Bakıda hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimi keçirilib - FOTOLAR

Noyabr 6, 2026
Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Hərbi

Azərbaycan-Gürcüstan Milli Müdafiə Universitetləri arasında təcrübə mübadiləsi aparılıb

Noyabr 5, 2026
Gündəm

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

Noyabr 4, 2026
Hərbi

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Oktyabr 28, 2026
Hərbi

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Oktyabr 15, 2026

XƏBƏR LENTİ

Russell Brand barəsində yeni ittihamların irəli sürülməsi istisna edilmir

06 Noyabr, 26 / 21:02

Fransada avtobus qəzası: iki nəfər ölüb, yaralılar var

06 Noyabr, 26 / 20:55

“Tesla Cybertruck”ın istehsalı dayandırıla bilər

06 Noyabr, 26 / 20:46

“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır” – Burhanettin Duran

06 Noyabr, 26 / 20:36

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.