• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
5.8° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qənimət Zahid və Fuad Qəhrəmanlı barəsində həbs qərarı verildi

12 Fevral, 26 / 14:21
A A

Qənimət Zahid və Fuad Qəhrəmanlı hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunurlar.

Zefer.media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir.

İttihama əsasən, Qənimət Zahid 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Qeyd olunub ki, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Bildirilib ki, cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qiyabi hökmünə əsasən, Qənimət Zayıdova 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunub.

Bənzər Xəbərlər

Cəmiyyət

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

Aprel 30, 2026
Cəmiyyət

“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər

Aprel 30, 2026
Cəmiyyət

Beynəlxalq forumun iştirakçıları “ASAN xidmət”də

Aprel 30, 2026
Cəmiyyət

WUF13 öncəsi Bakıda hotellər üçün xüsusi hazırlıq proqramı təşkil olunub

Aprel 30, 2026
Cəmiyyət

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub

Aprel 30, 2026
Cəmiyyət

142 nömrəli marşrutun avtobusları yenilənir

Aprel 30, 2026

XƏBƏR LENTİ

XTQ-nin yaranmasının 27-ci ildönümü münasibətilə “Sədaqətim Şərəfimdir” adlı tədbir keçirilib

01 May, 26 / 9:19

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

30 Aprel, 26 / 23:29

ABŞ İranın  təxminən 500 milyon dollar dəyərində aktivlərini ələ keçirib

30 Aprel, 26 / 23:25

Pentaqon İrana qarşı müharibə üçün 200 milyard dollar tələb etmək niyyəti ilə bağlı məlumatları təkzib edib

30 Aprel, 26 / 21:48

İranın nüvə enerjisinə olan hüququ ABŞ ilə danışıqların bərpası üçün əsas şərt olacaq

30 Aprel, 26 / 21:42

Rusiyada ardıcıl hücumlar: Strateji hədəflərə zərbələr endirildi

30 Aprel, 26 / 20:38

Aİ müdafiə xərclərini sürətlə artırır

30 Aprel, 26 / 20:31

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

30 Aprel, 26 / 20:27

“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər

30 Aprel, 26 / 19:05

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

30 Aprel, 26 / 18:58

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.