Ukraynadakı istənilən Qərb silah istehsalı müəssisəsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcək.
Zefer.media xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib: “Ukrayna ərazisində uzun mənzilli raketlərin istehsalını qurmaq planları ilə bağlı məlumatı eşitmişik, informasiyaları diqqətlə izləyirik və yoxlayırıq. Bu cür obyektlər Rusiya üçün qanuni hədəflər ola bilər”.
Kreml hesab edir ki, münaqişənin həlli prosesində yeni çətinliklər barədə danışmaq hələ tezdir.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Berlindəki səfirliyi Almaniyanın Böyük Britaniya və Fransa ilə birlikdə uzunmənzilli sistemlərin hazırlanması üzərində işə başladığını ifadə etmişdi.
Zərintac Mayisqızı

















