Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Zefer.media xəbər verir ki, bununla əlaqədar Kremlin mətbuat xidməti məlumat yayıb.
İki ölkə lideri mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı sammitinin nəticələrini müzakirə ediblər.
Xatırladaq ki, daha əvvəl Putinin Paşinyana ad günü münasibətilə təbrik mesajı göndərdiyi bildirilmişdi . Rusiya lideri Rusiyanın Ermənistanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Zərintac Mayisqızı

















