Dünya

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

5 İyun 2026, 16:202
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış Ukrayna xalqına məktub yazaraq, Ukrayna hakimiyyətini UPA-nın şərəfinə Ukrayna Silahlı Qüvvələrinin bölməsi ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Zefer.media xəbər verir ki, xarici KİV məlumat yayıb.

Polşa Baş nazirinin müavini çıxışında qeyd edib ki, Rusiya ilə müharibə fonunda ukraynalıların “müqavimət, cəsarət və sarsılmazlıq simvollarına” olan ehtiyacını başa düşür.

Məktubda deyilir: “Lakin polyaklar üçün UPA azadlıq uğrunda mübarizənin neytral simvolu deyil. Polyaklar üçün bu, ilk növbədə müdafiəsiz mülki əhaliyə qarşı törədilən cinayətlərin simvoludur”.

Kosiniak-Kamış “Polşa yaddaşına xələl gətirən” və müttəfiqlər arasında münasibətləri poza bilən şəxsləri dövlət qurumlarının himayədarları etməməyə çağırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600