İran prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanmış Anlaşma Memorandumu və qarşıdakı danışıqlarla bağlı ali rəhbər Müctəba Xameneyinin müraciətinə münasibət bildirib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Pezeşkian qeyd edib ki, ali rəhbərin çıxışı danışıqlar prosesində milli maraqların qorunması üçün mühüm yol xəritəsi rolunu oynayır.
Prezident vurğulayıb ki, hökumət və məsul şəxslər ali rəhbərin qayğı və göstərişlərini həyata keçirməyə sadiqdirlər.
Pezeşkianın sözlərinə görə, uğurun əsas şərtləri liderin göstərişlərinə əməl olunması və danışıqlar qrupunun yüksək sayıqlıq nümayiş etdirməsidir.
O, bildirib ki, İran üçün əsas qırmızı xətt milli maraqların, ölkə xalqının ləyaqətinin, şərəfinin və beynəlxalq nüfuzunun qorunmasıdır.
Zərintac Mayisqızı















