Dünya

Pezeşkian SEPAH-dan narazıdır: “Qonşu ölkələrə zərbələr geri dönməz nəticələr doğura bilər”

5 May 2026, 10:012
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran prezidenti Məsud Pezeşkian BƏƏ-yə endirilən zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib.

Zefer.media xəbər verir ki, bu barədə “Iran International” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

O, SEPAH-ın addımlarını “tamamilə məsuliyyətsiz” adlandırıb və hücumların ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini bildirib. O, bölgədə gərginliyin artmasının “geri dönməz nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Kanalın yazdığına görə, vəziyyətin daha da pisləşməsi və ikinci müharibə riskinin artması fonunda İran prezidenti SEPAH-ın Fars körfəzi ölkələrinə hücumlarının dərhal dayandırılmasını tələb edib və eskalasiyanın qarşısını almaq üçün ali rəhbər Müctəba Xameneyi ilə təcili görüşmək istədiyini bildirib.

Pezeşkian mümkün beynəlxalq reaksiyadan ciddi narahatdır və İranın yeni genişmiqyaslı müharibəyə tab gətirə bilməyəcəyini düşünür.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600