Dünya

Pezeşkian razılaşmaya görə Xameneiyə təşəkkür etdi

16 İyun 2026, 11:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ ilə əldə olunan razılaşmanın mətni qısa müzakirələrdən sonra Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

Zefer.media xəbər verir ki, Pezeşkian “X” hesabında paylaşdığı açıqlamada proseson ali rəhbər Müctəba Xameneyinin göstərişləri çərçivəsində həyata keçirildiyini və buna görə ona təşəkkürünü bildirdiyini qeyd edib.

Prezidentin sözlərinə görə, razılaşma mətninə Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin “təqribən hamısı” dəstək verib.

Məhz həmin ifadə İran siyasi dairələrində diqqət çəkib. Bəzi müşahidəçilər Pezeşkianın “təqribən hamısı” sözlərini Şurada razılaşmaya qarşı çıxan və ya müəyyən qeyd-şərtlər irəli sürən şəxslərin də mövcud olduğuna işarə kimi dəyərləndiriblər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600