Dünən İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyan və onun Vətəndaş Müqaviləsi Partiyasını parlament seçkilərində əldə etdikləri qələbə münasibətilə təbrik edib.
Zefer.media xəbər verir ki, Pezeşkian təbrik mesajında qarşıdakı illərdə İran və Ermənistan arasında ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini dilə gətirib.
İran prezidenti seçkilərin keçirilməsini yüksək dəyərləndirərək bildirib ki, Paşinyan hökumətinə göstərilən dəstək onun Cənubi Qafqazda sülhün, sabitliyin, inkişafın və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasətinə ictimai etimadın göstəricisidir.
O, habelə, iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.
Zərintac Mayisqızı




