Dünya

Pezeşkian: “Milli birlik İranın ən böyük sərvətidir”

12 İyun 2026, 14:291
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkədə yaranmış vəziyyət fonunda milli birliyin əhəmiyyətini vurğulayıb.

Zefer.media xəbər verir ki, Pezeşkian son hadisələr zamanı İran xalqının 100 gündən artıq müddətdə ölkəni və inqilabı müdafiə edərək birlik nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, məhz həmin həmrəylik və dözümlülük düşmənlərin planlarının pozulmasında mühüm rol oynayıb.

İran Prezidenti qeyd edib ki, müxtəlif təzyiqlərə baxmayaraq, xalqın dəstəyi və vəhdəti ölkənin ən böyük sərvəti olaraq qalır.

“İran əleyhinə hazırlanmış bir çox plan və hesablamalar xalqın göstərdiyi həmrəylik sayəsində uğursuzluğa düçar olub” –
Pezeşkian əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600