Dünya

Pezeşkian: “Mərhum ali lider ABŞ ilə danışıqların davamına icazə vermişdi”

10 İyun 2026, 14:091
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian mərhum ali lider Əli Xameneyinin xatirəsinə həsr olunmuş mərasimdə çıxış edərək ölkənin xarici siyasəti və ABŞ ilə münasibətlər barədə danışıb.

Zefer.media xəbər verir ki, Pezeşkian mərhum ali liderin dəfələrlə “nə müharibə, nə də sülh” vəziyyətinin davam etməməli olduğunu vurğuladığını deyib.

Prezidentin sözlərinə görə, bəzi hallarda dövlət televiziyasında danışıqların aparılmaması ilə bağlı mesajlar yayımlandıqdan sonra məsələ birbaşa müzakirə olunub və sual ortaya çıxıb ki, əgər ölkə nə müharibə, nə də sülh vəziyyətində qalmaq istəmirsə, danışıqlardan necə imtina etmək mümkündür.

Pezeşkian qeyd edib ki, həmin müzakirələrdən sonra mərhum ali lider danışıqların davam etdirilməsinə razılıq verib və problemin diplomatik yollarla həll edilməsinin vacibliyini söyləyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600