Dünya

Pezeşkian: “Danışıqların effektivliyi razılaşmaların həyata keçirilməsindən asılıdır”

23 İyun 2026, 13:541
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Danışıqlar prosesində əldə olunan nəticələrin davamlı olması tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsindən asılıdır.

Zefer.media xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian “X” hesabında bildirib.

Pezeşkian qeyd edib ki, danışıqlarda real irəliləyiş yalnız razılaşdırılmış müddəaların tam və dəqiq şəkildə icra olunması ilə mümkündür.

“Danışıqların effektivliyi razılaşdırılmış öhdəliklərə tam sadiqlikdən və onların dəqiq yerinə yetirilməsindən asılıdır. Bu yolda irəliləyiş qəbul edilmiş məsuliyyətlərə praktiki riayət etməklə ölçüləcək. Razılaşdırılmış mətndən kənar bəyanatlar danışıqların irəliləməsinə kömək etmir”, – deyə, prezident vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600