Rusiyanın Sankt-Peterburq şəhərində məşhur narahatlıqəleyhinə “Ataraks” preparatı apteklərdə demək olar ki, tükənib.
Zefer.media xəbər verir ki, preparatın satışında yaranan fasilə distribyutorun regional anbarında dərmanın partiyasının tükənməsindən sonra başlayıb. Çatışmazlığın digər səbəbi kimi yüksək tələbat da göstərilir.
Tərkibində eyni təsiredici maddə – hidroksizin olan digər preparatlar satışda qalır. Lakin alıcıların onlara marağının daha az olduğu bildirilir.
“Ataraks” Belçikanın “UCB Pharma” şirkəti tərəfindən istehsal olunur və Rusiyaya idxal edilir.
Qəmər Kazımzadə

















