FlyDubai aviaşirkətinin ikinci pilotunun təyyarəni İsrailin Ben-Qurion hava limanının terminalına yönəltməyi planlaşdırdığı iddia olunur.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb. Bildirilir ki, pilot təyyarəni adi qaydada enişə yönəltməyi, son saniyələrdə isə təyyarəni terminala çırpmağı planlaşdırıb. Bu mərhələdə təyyarəni ələ keçirməyin artıq mümkün olmayacağı qeyd olunur.
Telekanalın məlumatına görə, məhz buna görə ikinci pilot ekipaj komandirinə yalnız İordaniya üzərində, İsrailə yaxın ərazidə hücum edib.
Qəmər Kazımzadə

















