Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik dalğasının hazırlanması ilə bağlı məlumatları təkzib edib.
Zefer.media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peskov bu barədə “RTVI”yə açıqlamasında danışıb və yeni səfərbərliklə bağlı xəbərləri “informasiya təxribatı” adlandırıb. Onun sözlərinə görə, bu məlumatlar Ukrayna hakimiyyəti tərəfindən Rusiyada vəziyyəti sabitliyini pozmaq məqsədilə yayılır.
Qeyd edək ki, Rusiyada yeni səfərbərliklə bağlı iddialar son günlər yenidən gündəmə gəlib. “The Wall Street Journal” da Rusiya hərbçilərinin mümkün yeni səfərbərlik dalğasına hazırlıqla bağlı təlimlər keçirdiyini yazıb. Eyni zamanda, nəşrin mənbələrinə görə, bununla bağlı hələlik konkret qərar qəbul edilməyib.
Rusiyada sonuncu qismən səfərbərlik 21 sentyabr 2022-ci ildə elan edilmişdi.
Aytən Yalçınqızı

















