• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.5° Weather Ashburn
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Paşinyan Moskvaya parada niyə gəlmədi? - Açıqlama

11 May, 26 / 17:53
A A

Rusiya Prezidenti Vladimir Putin Qələbə Günündə Moskvaya gələn xarici liderlərin şəxsi cəsarət göstərdiyini deyib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qələbə Günündə Moskvaya gəlməkdən imtina etməsində xüsusi bir şey görmədiyini də qeyd edib.

Mövzuya münasibət bildirən politoloq Həşim Səhrablı Zefer.media-ya açıqlamasında bildirib ki, Ermənistan 2018-ci ildən sonra xarici siyasətdə Qərbə yaxın xəttə üstünlük verməyə başlayıb:

“Ermənistan rəsmilərinin Rusiyaya qarşı tutumu və Paşinyanın anti-Rusiya addımları dövlətlərarası münasibətlərdəki gərginlikdən xəbər verir. Çünki inqilabdan sonra Ermənistan dövləti sadəcə rejim və ya şəxs dəyişikliyinə getməyib, həm də xarici siyasət istiqamətlərini tamamilə dəyişib. Rusiya ilə əlaqələr kəsilməsə də, qərbə meylliliyin prioritet seçilməsi münasibətləri gərgin situasiyaya gətirib çıxarıb. Paşinyanın paradda iştirak etməməsini də məhz 2018-ci ildən bəri davam edən addımların silsilə davamı kimi qəbul etməliyik”.

Politoloq vurğulayıb ki, Paşinyan əsas prioritetinin Rusiya deyil, Qərblə münasibətləri inkişaf etdirmək olduğunu göstərməyə çalışır:

“Paşinyanın həmin qərarı özünü qərb dairələrinə daha sevimli və faydalı göstərmək niyyətindən doğa bilər. Çünki paradda iştirak etmək Rusiya ilə əlaqələrə önəm vermək mesajı sayıla bilərdi. İndiki vəziyyətdə bunu etmək həm seçki ərəfəsində qərbmeylli kütlənin dəstəyinin azalmasına səbəb olar, həm də Qərb dairələrinin Paşinyana dəstək məsələsini sorğulamasına yol açardı. Paşinyan bu addımı ilə öz tutumunu ortaya qoyaraq Rusiya ilə əlaqələrin onun üçün prioritet olmadığını, başlıca hədəfinin Qərblə münasibətləri inkişaf etdirmək olduğunu göstərib.

İrəvanın Qərblə yaxınlaşması Moskva ilə münasibətlərinə birmənalı şəkildə zərbə endirir. Hazırda Rusiya öz xarici siyasətində Qərbin əsas dövlətlərini düşmən elan etmiş vəziyyətdədir. Bu baxımdan, Paşinyanın Rusiyanın düşmənləri ilə əlaqələrini inkişaf etdirməsi xoş qarşılanmır və biz Rusiya tərəfindən Ermənistana qarşı sərt tutumun sərgiləndiyini görməkdəyik. Yaxın gələcəkdə İrəvan qərbyönümlü siyasətini davam etdirəcək, böyük ehtimalla Paşinyan seçkilərdə qalib gələcək, Moskva isə qərbə yönələn Ermənistan reallığını qəbul etməyərək ona qarşı addımlar atmağa davam edəcək”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Manşet

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb

İyun 8, 2026
Dünya

Ermənistan ardıcıl ikinci ildir ki, KTMT-yə üzvlük haqqını ödəmir

İyun 8, 2026
Republican presidential nominee former President Donald Trump is pictured at an election night watch party, Wednesday, Nov. 6, 2024, in West Palm Beach, Fla. (AP Photo/Alex Brandon)
Dünya

Tramp İsrail və İranı atəşi dayandırmağa çağırıb

İyun 8, 2026
Cəmiyyət

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

İyun 8, 2026
Cəmiyyət

Sabaha olan hava proqnozu

İyun 8, 2026
Dünya

İran XİN: “ABŞ ilə həddindən artıq şübhə mühitində mesaj mübadiləsi aparırıq”

İyun 8, 2026

XƏBƏR LENTİ

HHQ-də zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

08 İyun, 26 / 23:00

Səyyar ASAN xidmət Gürcüstanda

08 İyun, 26 / 22:56

Türkiyə MICE turizmində qlobal mövqeyini daha da gücləndirir

08 İyun, 26 / 22:50

Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi — VİDEO/FOTO

08 İyun, 26 / 22:42

İran İsrailə qarşı hərbi əməliyyatları dayandırdı

08 İyun, 26 / 16:21

Lisey və gimnaziyalara qəbul başlayır

08 İyun, 26 / 14:59

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb

08 İyun, 26 / 14:55

Ermənistan ardıcıl ikinci ildir ki, KTMT-yə üzvlük haqqını ödəmir

08 İyun, 26 / 14:35
Republican presidential nominee former President Donald Trump is pictured at an election night watch party, Wednesday, Nov. 6, 2024, in West Palm Beach, Fla. (AP Photo/Alex Brandon)

Tramp İsrail və İranı atəşi dayandırmağa çağırıb

08 İyun, 26 / 14:33

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08 İyun, 26 / 14:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.