Ermənistanda casusluq aşkarlansa da, onun cinayətkarları dərhal tutulmur və bütün şəbəkələri ifşa edilir.
Zefer.media xəbər verir ki, bu barədə hazırkı baş nazir (seçki kampaniyası ilə əlaqədar məzuniyyətdədir) və Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan mətbuat konfransında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) siyasətçi Andranik Tevanyanın ofisində bu gün apardığı axtarışla bağlı şərh vermək istəyinə cavab olaraq bildirib.
“Bizim başqa casusluq işlərimiz də var və biz casus şəbəkələrini müəyyən etmək və onların davranışlarını anlamaq üçün həmin şəxsləri fəal şəkildə izləyirik. Bundan əlavə, bu casuslara verilən tapşırıqlardan bizə qarşı aparılan kəşfiyyat fəaliyyətləri barədə məlumat aldığımızı da qeyd etmək lazımdır. Əməliyyat istintaqı başa çatdıqdan sonra həbslər edilir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd olunub ki, daha əvvəl İstintaq Komitəsi keçmiş parlament üzvü və Çiçəklənən Ermənistan partiyasının namizədi Andranik Tevanyana qarşı xəyanət və casusluq ittihamları ilə cinayət işi açıldığını bildirmişdi. İş materiallarına görə, Tevanyan 2024-cü ildə Ermənistan fraksiyasından millət vəkili vəzifəsində çalışarkən gizli parlament iclasının məzmununu xarici bir beyin mərkəzinə 622.000 dollara sızdırıb.
Nikol Paşinyan əlavə edib ki, sözügedən şəxsin hansı partiyadan namizəd olması da vacibdir.
Zərintac Mayisqızı















