Pakistanın daxili işlər naziri Möhsün Nəqəvinin yaxın günlərdə yenidən Tehrana səfər etməsi gözlənilir.
Zefer.media xəbər verir ki, bununla bağlı, “Əl-Ərəbiyyə” telekanalı bildirib.
Məlumata görə, səfərin məqsədi İran və ABŞ arasında aparılan danışıqların gedişini izləmək və tərəflər arasında diplomatik təmasların davam etdirilməsi istiqamətində səyləri möhkəmləndirməkdir.
Qeyd edək ki, Pakistanın daxili işlər naziri ötən ay da iki dəfə Tehrana səfər etmiş və müxtəlif yüksək səviyyəli görüşlər keçirmişdi.
Zərintac Mayisqızı

















