Pakistanın Lahor şəhərində tikintisi davam edən özəl tədris mərkəzinin damının uçması nəticəsində həlak olanların sayı 14-ə çatıb.
Zefer.media xəbər verir ki, hadisə dünən şəhərin şimal-şərq hissəsində baş verib.
Dağıntılar altında qalanlar arasında uşaqların olduğu bildirilir.
Fövqəladə Hallara Reaksiya Xidmətinin nümayəndəsi Faruk Əhmədin sözlərinə görə, azı 10 yaralının vəziyyəti ağırdır. O, axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyini qeyd edib.
Polis hadisə ilə bağlı cinayət işi açıb. Məlumata görə, tədris mərkəzinin sahibi və daha bir nəfər saxlanılıb.
Zərintac Mayisqızı

















