Dünya

Pakistan Əfqanıstana zərbə endirdi: ölənlər və yaralananlar var

10 İyun 2026, 11:151
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında Pakistan Əfqanıstanın Xost, Kunar və Paktika əyalətlərinə hava hücumları həyata keçirib.

Zefer.media xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid hücumlar nəticəsində azı 13 nəfərin həlak olduğunu, 14-ün isə yaralandığını deyib.

Məlumata əsasən, ölənlər arasında 11 uşaq, bir qadın və bir yaşlı kişi var. Yaralananların əksəriyyətinin qadın olduğu bildirilir.

Pakistan uzun müddətdir ki, Əfqanıstanı Pakistan ərazisində hücumlar həyata keçirən Tehrik-e-Taliban Pakistan (TTP) qruplaşmasına sığınacaq verməkdə ittiham edir. Kabil sözügedən iddiaları rədd edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600