Heç kim, o cümlədən rəhbərliyi də Ermənistanın AİB-dən çıxmasını istəmir.
Zefer.media xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bunu Rusiya nümayəndə heyətinin Aşqabada səfəri zamanı Vesti Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib.
O, Ermənistanın MDB-dən, yoxsa AİB-dən çıxması ilə bağlı suala belə cavab verib:
“Bilirsiniz, vəziyyət çox qəribədir, əhəmiyyətsiz deyil, çünki heç kim İrəvanın AİB-dən çıxmasını istəmir və Ermənistan liderləri də təşkilatdan çıxmaq istəmədiklərini deyirlər”.
O əlavə edib ki, Rusiya Ermənistanın AİB-də qalmasını istəyir.
Zərintac Mayisqızı

















