İranla mümkün sülh danışıqlarında nüvə mütəxəssisləri iştirak etməsə, Tehrandan gələn təhdidlər “daha təhlükəli” hala gələ bilər.
Zefer.media xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən AB liderlərinin zirvə toplantısında bildirib.
O qeyd edib ki, yeni razılaşmanın 2015-ci ildə əldə edilmiş və sonradan Donald Trampın ilk prezidentliyi dövründə ləğv edilmiş JCPOA razılaşmasından daha zəif olması riski var.
Kallas vurğulayıb ki, əgər danışıqlar yalnız nüvə proqramı ilə məhdudlaşarsa və müzakirələrdə nüvə mütəxəssisləri iştirak etməzsə, nəticədə JCPOA-dan zəif razılaşma ortaya çıxa bilər.
Zərintac Mayisqızı

















