Banner

 NBC News: Tramp administrasiyası İranın yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planını müzakirə edir

25 Noyabr 2026, 13:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının bir sıra yüksək vəzifəli rəsmiləri İran İslam Respublikasının rəhbərliyində təmsil olunan şəxslərin hədəfə alınması və onlara qarşı sui-qəsd təşkil edilməsi ehtimalını müzakirə edirlər.

Zefer.media  xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Məlumata görə, planın tərəfdarları hesab edirlər ki, İran hakimiyyətinin əsas fiqurlarının hədəfə alınması Tehrana siyasi və hərbi təzyiqi artırmağa, eyni zamanda ABŞ-nin kəşfiyyat və hərbi imkanlarını nümayiş etdirməyə şərait yarada bilər. Onların fikrincə, bu addım Trampa müharibəni Vaşinqtonun şərtləri əsasında başa çatdırmaq üçün əlavə imkanlar verə bilər.

Lakin administrasiyada bu yanaşmaya qarşı çıxanlar da var. Onlar xəbərdarlıq edirlər ki, İranın yüksək vəzifəli şəxslərinə qarşı belə əməliyyatlar ölkənin hakimiyyət strukturunda daha radikal qüvvələrin mövqelərini gücləndirə bilər.

Bundan başqa, planın həyata keçirilməsinin gələcək danışıqlarda ABŞ-yə olan etimadı tamamilə sarsıda biləcəyi və amerikalı rəsmilərə qarşı cavab hücumları riskini artıracağı bildirilir.

NBC News-un məlumatına görə, məsələ ABŞ administrasiyasında müzakirə olunan mümkün variantlardan biridir. Hələlik belə bir əməliyyatın həyata keçirilməsi ilə bağlı yekun qərarın verildiyi barədə məlumat yoxdur.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600