NATO-nun baş katibi Mark Rutte deyib ki, NATO üzvləri düşüncə dəyişikliyi yaşadılar.
Zefer.media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“ABŞ illərdir, onilliklərdir ki, Avropada müdafiəyə kifayət qədər pul xərcləmədiyimizdən şikayətlənir. Haaqa sammitindən sonra vəziyyət dəyişdi”, – blokun lideri qeyd edib.
Ruttenin sözlərinə görə, onun qeyd etdiyi düşüncə dəyişikliyi sammit iştirakçılarının açıq baxış birliyi və ümumi baxışı hiss etməsi zamanı baş verib.
Yeganə

















