Türkiyənin ev sahibliyi ilə keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü çərçivəsində liderlər ailə fotosessiyasına qatılıblar.
Zefer.media xəbər verir ki, Prezident Kompleksində keçirilən zirvə görüşündə liderləri Prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Mark Rutte qarşıladı. Prezident Ərdoğan və Rutte liderlərlə ayrı-ayrılıqda şəkil çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra ailə şəkli çəkilib.
Fotoda Albaniyanın Baş naziri Edi Rama Prezident Ərdoğanın sağında, NATO-nun baş katibi Mark Rutte isə solunda idi.
Daha sonra liderlər Dövlət və Hökumət Başçılarının Görüşünə keçdilər. Ərdoğan zala daxil olaraq Albaniyanın Baş naziri Rama ilə söhbət edib.
Görüşdən əvvəl Prezident Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ Prezidenti Donald Trampla qısa qeyri-rəsmi söhbətləşiblər.
Zərintac Mayisqızı

















