• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.8° Weather Columbus
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mühüd Orucov kimi qəhrəmanlar sayəsində əldə olunan qələbələr dövlətimizin gücünü daha da möhkəmləndirdi

08 Aprel, 26 / 13:52
A A

İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun xatirəsinə həsr olunmuş “Cəsarətin adı – Mühüd Orucov” mövzusunda tədbir keçirilib.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları, döyüş yoldaşları, dostları iştirak ediblər.

Ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü nümayiş etdirən mühüm hərbi əməliyyatlar kimi tarixə düşdüyünü və həmin dördgünlük müharibə nəticəsində bir sıra strateji yüksəkliklər və ərazilərin işğaldan azad olunduğunu bildiriblər. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan əsgərinin, hərbçisinin yüksək döyüş qabiliyyətini və Vətənə sədaqətini bir daha sübut etdi. Eyni zamanda, bu qələbə sonrakı hərbi uğurların, xüsusilə də böyük Zəfərin təməlini təşkil etdi.

Mühüd Orucovun Azərbaycanın hərb tarixində sözünü demiş qəhrəmanlardan biri olduğunu qeyd edən natiqlər onun şərəfli həyat və döyüş yolunun gənc nəsil üçün örnək olmaqla yanaşı, milli qürur mənbəyimiz olduğunu deyiblər. Bildirilib ki, Mühüd kimi oğulların qanı, canı hesabına əldə olunan qələbələr və uğurlar dövlətimizin gücünü və xalqımızın birliyini daha da möhkəmləndirdi. Hər birimiz şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahib çıxmalı və onlardan miras qalan müqəddəs dəyərləri daim uca tutmalıyıq.

Şəhidin ailə üzvləri adından çıxış edən atası Qurban Orucov Mühüdlə bağlı xatirələrini bölüşüb, onun uşaqlıqdan qorxmaz və cəsarətli biri olduğunu deyib: “O həmişə qələbəyə inanırdı. Bu gün Mühüdün arzuları çin oldu. Onun şəhadətə qovuşduğu Aprel döyüşləri Zəfər yolunu açdı, ordumuzda öz gücünə inam yaratdı. Mühüd kimi oğulların xatirəsinə göstərilən ehtirama görə dərin minnətdarlığımı bildirirəm”.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbir çərçivəsində şəhidin həyatının müxtəlif dönəmlərini əks etdirən, o cümlədən şəxsi əşya və medallarının yer aldığı sərgi də açılıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

Avqust 3, 2026
Cəmiyyət

Bakının bu qəsəbəsində su olmayacaq

Avqust 3, 2026
Siyasət

Prezidentdən 3 fərman

Avqust 3, 2026
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Avqust 3, 2026
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Avqust 3, 2026
Manşet

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Avqust 3, 2026

XƏBƏR LENTİ

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

03 Avqust, 26 / 16:05

Bu ölkədə miqrant böhranı: on minlərlə insan Mərakeşə qaytarılıb

03 Avqust, 26 / 16:00

Üç nəfər dənizdə batıb – AZTV-nin əməkdaşının bacı və qardaşlarıdır

03 Avqust, 26 / 15:56

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib

03 Avqust, 26 / 15:51

Bakının bu qəsəbəsində su olmayacaq

03 Avqust, 26 / 14:01

Prezidentdən 3 fərman

03 Avqust, 26 / 13:59

Azərbaycan XİN Pakistana başsağlığı verdi

03 Avqust, 26 / 13:53

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust, 26 / 13:51

Türkiyə və İran regional təhlükəsizliyi müzakirə edib

03 Avqust, 26 / 13:34

Rusiya Azov dənizində gəmi təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür

03 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.