• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.4° Weather Ashburn
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24
A A

Moldovanın Comrat Dövlət Universitetində Müqəddəs Qurban Bayramı və 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Zefer.media xəbər verir ki, tədbir Azərbaycanın Moldovadakı diasporu və “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və idarə heyətinin üzvləri, Azərbaycanın Moldovadakı diaspor nümayəndəsi Mehriban Bədəlova, Moldovada təhsil alan qazi tələbələr, digər tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Bəhruz Məmmədzadə bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. O qeyd edib ki, 28 May hər bir azərbaycanlı üçün milli qürur və iftixar günüdür.

Bəhruz Məmmədzadə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi çətinliklərlə üzləşdiyini də vurğulayıb. O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımızın böyük hissəsini işğaldan azad edib. Habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub.

Mehriban Bədəlova Moldovada yaşayan azərbaycanlıların milli bayramları və adət-ənənələrinin yaşadılması istiqamətində görülən işlərdən danışıb.

Moldovada təhsil alan Şəmsəddin Qurbanov isə Qurban Bayramının İslam dünyasında həmrəylik, birlik və paylaşma rəmzi olduğunu diqqətə çatdırıb. O deyib ki, bu müqəddəs bayram insanlar arasında mənəvi bağların möhkəmlənməsinə, milli və dini dəyərlərin qorunub yaşadılmasına mühüm töhfə verir.

Həmçinin Moldovada təhsil alan Konqresin Gənclər Hərəkatının nümayəndəsi Zümrüd Aslan çıxışında 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu ifadə edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və dövlətçilik ənənələrinin parlaq nümunəsidir. Zümrüd Aslan vurğulayıb ki, gənclər milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və vətənpərvərlik ruhunun gələcək nəsillərə ötürülməsi istiqamətində daha fəal olmalıdırlar. O, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin ölkəmizin milli maraqlarının müdafiəsində və Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını da vurğulayıb.

Tədbir çərçivəsində Qurban Bayramı və Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda gənclərlə vətənpərvərlik mövzusunda fikir mübadiləsi aparılıb, xatirə şəkilləri çəkdirilib.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Səyyar ASAN xidmət Gürcüstanda

İyun 8, 2026
Cəmiyyət

Lisey və gimnaziyalara qəbul başlayır

İyun 8, 2026
Cəmiyyət

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

İyun 8, 2026
Cəmiyyət

Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi

İyun 8, 2026
Cəmiyyət

Sabaha olan hava proqnozu

İyun 8, 2026
Cəmiyyət

Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir

İyun 8, 2026

XƏBƏR LENTİ

HHQ-də zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

08 İyun, 26 / 23:00

Səyyar ASAN xidmət Gürcüstanda

08 İyun, 26 / 22:56

Türkiyə MICE turizmində qlobal mövqeyini daha da gücləndirir

08 İyun, 26 / 22:50

Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi — VİDEO/FOTO

08 İyun, 26 / 22:42

İran İsrailə qarşı hərbi əməliyyatları dayandırdı

08 İyun, 26 / 16:21

Lisey və gimnaziyalara qəbul başlayır

08 İyun, 26 / 14:59

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb

08 İyun, 26 / 14:55

Ermənistan ardıcıl ikinci ildir ki, KTMT-yə üzvlük haqqını ödəmir

08 İyun, 26 / 14:35
Republican presidential nominee former President Donald Trump is pictured at an election night watch party, Wednesday, Nov. 6, 2024, in West Palm Beach, Fla. (AP Photo/Alex Brandon)

Tramp İsrail və İranı atəşi dayandırmağa çağırıb

08 İyun, 26 / 14:33

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08 İyun, 26 / 14:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.