Hərbi

MN-in Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

21 Fevral 2026, 10:470
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2025-2026-cı ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən Zefer.media-ya verilən xəbərə görə, tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər.

Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600