Hərbi

MN-də NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib

19 Fevral 2026, 13:040
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb.

Zefer.media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər.
Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.
Təlim kursunda aparılan müzakirələrin və keçirilən məşğələlərin böyük əhəmiyyətə malik olması, həmçinin müasir və sürətlə dəyişən təhlükəsizlik mühitində uzlaşmanın və qarşılıqlı əməkdaşlığın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600