Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.
Söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Hökumət başçıları Rusiya-Ermənistan ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Zərintac Mayisqızı

















