• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.5° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Mirzoyan İrəvanla Moskva arasında siyasi ayrılıq məsələsini istisna etdi

19 May, 26 / 13:41
A A
Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil.
Zefer.media xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Litva xarici işlər naziri Kestutis Budris ilə keçirdiyi mətbuat konfransında bildirib.
Jurnalistin Rusiyadan “siyasi ayrılma” ehtimalı ilə bağlı sualına cavab olaraq Mirzoyan qeyd edib ki, Ermənistan heç bir tərəfdaşı ilə münasibətlərini kəsməyi planlaşdırmır.
Nazir bildirib: “Prinsip etibarilə siyasət və diplomatiya belə “boşanmaları” tanımır. Moskva ilə İrəvan arasındakı münasibətlərə gərginlik qatmaq niyyətimiz yoxdur. Biz tərəfdaşıq, çoxsaylı əlaqələrimiz var və konstruktiv dialoq atmosferində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə sadiqik”.
Onun sözlərinə görə, ölkələr arasında problemlər var, amma bu cür məsələlər bütün beynəlxalq münasibətlərdə ortaya çıxır və müzakirələr yolu ilə həll edilməlidir.
Mirzoyan qeyd edib ki,  bütün tərəflər bir-birinin müxtəlif məsələlərdə müstəqil qərar qəbul etmək hüququna hörmət etməlidirlər.
Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında mümkün seçimdən danışan nazir vurğulayıb ki, Ermənistan Rusiyanın açıqlamaları olmadan belə, hər iki strukturun eyni vaxtda üzvü olmasının mümkün olmadığını anlayır.
Onun sözlərinə görə, İrəvan Aİ ilə yaxınlaşmasını davam etdirir və son qərar “vaxtı çatanda” veriləcək.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bir müddət əvvəl deyib ki, Aİ və AİB arasında seçim etmək üçün Ermənistan xalqı özü qərar verməlidir və hansı strategiyanın ölkə üçün daha perspektivli və faydalı olduğunu müəyyənləşdirməlidir.
Həmçinin mayın 9-da Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib ki, İrəvan “ağıllı boşanma” ehtimalını nəzərə alaraq, Aİ və ya AİB-də iştirak məsələsinə mümkün qədər tez qərar verməlidir.
Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

İran Hörmüz boğazını yenidən bağladı

İyun 19, 2026
Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026
Dünya

Peskov: “Rusiya Ukraynaya zərbələr endirməkdə davam edəcək”

İyun 19, 2026
Dünya

Pentaqon İran əməliyyatı üçün Konqresdən pul istədi

İyun 19, 2026
Dünya

Türkiyənin müdafiə naziri: NATO-nun Ankara sammiti ittifaq üçün dönüş nöqtəsi olacaq

İyun 19, 2026
Dünya

Rusiya qoşunları bu şəhəri ələ keçirib

İyun 19, 2026

XƏBƏR LENTİ

Müslüm Maqomayevə həsr olunmuş “Sevgi və Dəniz” adlı anım gecəsinə 1000-dən çox tamaşaçı qatılıb

21 İyun, 26 / 23:58

Moldova Azərbaycanlıları Konqresi Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik aksiyası keçirib

21 İyun, 26 / 18:01

5-ci “YAŞAT” düşərgəsinin birinci həftəsi yekunlaşıb

21 İyun, 26 / 15:57

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.