Bu gün İran parlamentinin üzvü Kamran Qəzənfəri ABŞ ilə əldə olunması gözlənilən razılaşmanı və həmin istiqamətdə aparılan danışıqları tənqid edib.
Zefer.media xəbər verir ki, o bu haqda “Dideban-e İran” portalına müsahibəsində danışıb.
Kamran Qəzənfəri bildirib ki, razılaşma gələn cümə günü imzalansa belə, onun uzunmüddətli və davamlı olacağına inanmır.
“Əmin olun ki, müqavilə imzalansa belə, İsrail bir neçə gün sonra yenidən zərbə endirəcək və öhdəliklərə əməl etməyəcək. ABŞ da müxtəlif yollarla verdiyi vədləri poza bilər. Düşünmürəm ki, bu müqavilə sonda tam şəkildə həyata keçiriləcək”, – deyə Millət vəkili qeyd edib.
O, iddia edib ki, bir neçə gün əvvəl Livandakı hadisələrə cavab olaraq İsrailə raket zərbəsi endirilməsi planlaşdırılıb, lakin bu qərar son anda ləğv edilib.
İran parlamentinin 60 üzvü də Tehran və Vaşinqton arasında aparılan danışıqlarla bağlı narahatlıqlarını ifadə edərək, mümkün razılaşmanın bütün maddələrinin icrasına dair konkret və real zəmanətlər tələb ediblər.
Zərintac Mayisqızı













