Macarıstan hökuməti Avropa İttifaqının çağırış yaşına çatmış ukraynalı kişilərin müvəqqəti müdafiədən məhrum edilməsi təklifini dəstəkləməyəcək.
Zefer.media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyarın parlamentdəki açıqlamasında deyib.
Parlament iclasında “Mi Hazánk” (Bizim Vətən) partiyasından olan millət vəkili Laslo Toroçkay Avropa Komissiyasının 26 iyun tarixli təklifinə diqqət çəkib.
Onun sözlərinə görə, Avropa Komissiyası hərbi vəzifələri yerinə yetirməklə əlaqədar ölkəni tərk etmək üçün Ukrayna hakimiyyətindən icazə almadıqları təqdirdə, çağırış yaşına çatmış Ukrayna vətəndaşlarına gələcəkdə müvəqqəti qorunma təmin etməməyi təklif edir.
Toroçkay bunun Ukraynanın Transkarpatiya vilayətində yaşayan etnik macarlara da təsir edə biləcəyini ifadə edib.
Deputatın sözlərinə görə, belə kişilər “top yemi” kimi “doğma yurdlarından cəbhəyə 1000 kilometrdən çox məsafəyə” göndərilə bilər.
O, Macarıstan hökumətini və Xarici İşlər Nazirini belə bir təşəbbüsə qarşı çıxmağa çağırıb.
Zərintac Mayisqızı

















