• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məktəblərdə media savadlılığı ilə bağlı tədris gücləndirilməlidir - Media mütəxəssisindən açıqlama 

09 İyun, 26 / 17:25
A A

Milli Məclisdə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını və onlardan istifadəsini məhdudlaşdıran yeni qanun layihələri müzakirə olunur. 

Təklif edilən yeni qaydalara əsasən:

16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdə fərdi hesab açmaq qadağası nəzərdə tutulur;

16-18 yaş arası yeniyetmələr isə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə hesab yarada biləcəklər;

Sosial media platformalarından yaşın doğrulanması mexanizmlərini tətbiq etmək və azyaşlıları qorumaq tələb olunacaq.

Planlaşdırılan qaydalar cəmiyyət arasında da geniş müzakirə mövzusuna çevrilib.

Hər birimizə yaxşı məlumdur ki, uşaqlar və yeniyetmələr telefondan, sosial şəbəkələrdən, müxtəlif oyunlardan mənfi şəkildə təsirlənə bilirlər və ağır fəsadları ilə elə zaman-zaman qarşılaşırıq:

Azyaşlıların tərbiyəsinin pozulması, aqressiv davranışlar göstərmələri, hətta cinayətkar kimi formalaşmaları, dərslərdən yayınmaları və hər cəhətdən onların təhlükəsizliyinin riskə düşməsi…

Media mütəxəssisi Nicat Abdullayev Zefer.media-ya açıqlamasında deyib ki, Azərbaycanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı səsləndirilən təşəbbüsü öncə uşaqların rəqəmsal təhlükəsizliyi kontekstində qiymətləndirmək lazımdır:

“Bu gün sosial şəbəkələr ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də informasiya, reklam və davranış modellərinin formalaşdığı geniş bir mühitdir. Azyaşlılar isə sözügedən mühitdə dezinformasiya, kibertəzyiq, zərərli kontent, şəxsi məlumatların oğurlanması və müxtəlif psixoloji risklərlə daha çox üz-üzə qalırlar.

Lakin məsələ ondadır ki, müasir texnologiyalar dövründə sosial şəbəkələrə girişin tam qadağan edilməsi və ya bunun effektiv şəkildə nəzarətdə saxlanılması texniki baxımdan kifayət qədər çətindir. Hazırda əksər platformalarda yaş məhdudiyyəti olsa da, istifadəçilərin böyük hissəsi qeydiyyat zamanı yaşını asanlıqla dəyişə bilir. Bu səbəbdən qanunvericilikdə məhdudiyyət müəyyənləşdirmək problemin tam həlli demək deyil.

Mən hesab edirəm ki, həmin istiqamətdə əsas diqqət qadağadan daha çox tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasına yönəlməlidir. Dünyanın müxtəlif ölkələrində tətbiq olunan təcrübələr göstərir ki, valideyn razılığı, şəxsiyyət təsdiqləmə sistemləri, uşaqlar üçün xüsusi təhlükəsizlik rejimləri və valideyn nəzarəti alətləri daha effektiv nəticə verir. Ölkəmizdə də gələcəkdə sosial şəbəkələrə qeydiyyat zamanı şəxsiyyətin təsdiqlənməsi, valideyn nəzarəti imkanlarının genişləndirilməsi və rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi müzakirə oluna bilər”.

Nicat Abdullayev zefer.media

Nicat Abdullayev diqqətə çatdırıb ki, digər vacib məqam media və rəqəmsal savadlılıqdır:

“Uşaqlara internetdə təhlükəsiz davranış qaydaları öyrədilməli, valideynlər rəqəmsal mühitin riskləri barədə maarifləndirilməli, məktəblərdə media savadlılığı ilə bağlı tədris elementləri gücləndirilməlidir.

Ona görə də düşünürəm ki, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ideyası müzakirəyə açıq olsa da, onun uğuru texniki nəzarət mexanizmlərinin, valideyn məsuliyyətinin və rəqəmsal savadlılığın eyni vaxtda inkişaf etdirilməsindən asılı olacaq. Əks halda, sadəcə qadağa tətbiq etmək uşaqların sosial şəbəkələrdən istifadəsini tam dayandırmayacaq, əksinə onların müxtəlif yollarla bu məhdudiyyətləri aşmasına səbəb ola bilər. Bu məsələdə balanslı və çoxşaxəli yanaşma daha səmərəli görünür”

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026
Cəmiyyət

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Oktyabr 28, 2026
Cəmiyyət

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

Oktyabr 27, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.