Ermənistanla münasibətlər yaxın və müttəfiqlik xarakteri daşısa da, müəyyən çətinliklər mövcuddur.
Zefer.media xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanı öz təsir dairəsinə cəlb etməyə çalışır ki, bu da regiondakı proseslərə təsir göstərir.
“Belə olan halda İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşir. Təşkilatın may ayında keçiriləcək sammitində yığılıb qalan bütün məsələləri müzakirə etmək imkanı olacaq”, – deyə nazir qeyd edib.
Zərintac Mayisqızı















