Dünya

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

5 Noyabr 2026, 17:032
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil.

Zefer.media xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.

“İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyini və artıq belə maraqlarımızın olmadığını rəsmiləşdirək”, – o bildirib.

Qeyd edək ki, KTMT-nin Baş katibi Taаlatbek Masadıkov təşkilatın 11 noyabrda keçiriləcək sammitində nizamnamənin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi məsələsinin nəzərdən keçirilə biləcəyini bildirmişdi. Bu müddəa iki ildən çox üzvlük haqqını ödəməyən dövlətlərin təşkilatdakı hüquqlarına məhdudiyyətlər qoyur.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600