Dünya

İsveçrədə planlaşdırılan ABŞ–İran danışıqları ləğv edildi

19 İyun 2026, 12:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İsveçrə Xarici İşlər Nazirliyi ölkədə keçirilməsi planlaşdırılan İran və ABŞ nümayəndələri arasındakı danışıqların ləğv edildiyini rəsmən açıqlayıb.

Zefer.media xəbər verir ki, bununla yanaşı, Ağ Ev ABŞ vitse-prezidenti C.D. Vensin danışıqlarda iştirak etmək üçün İsveçrəyə planlaşdırılan səfərinin təxirə salındığını bildirib.

Ağ Ev qərarın səbəbi kimi “logistika məsələləri”ni göstərsə də, bəzi məlumatlara görə, dəyişiklik Livandakı kövrək atəşkəs və bölgədəki vəziyyətlə əlaqəli ola bilər.

Xatırladaq ki, daha əvvəl “Əl-Məyadin” telekanalı Livandakı vəziyyət səbəbindən İran nümayəndə heyətinin də səfərinin təxirə salındığını xəbər vermişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600