İsrailin müdafiə naziri general-mayor Dado Bar Kalifanı İsrail Ordusunun (SAXAL) Mərkəzi Komandanlığının yeni rəhbəri vəzifəsinə təsdiqləyib.
Zefer.media xəbər verir ki, o, Netanyahuya məskunlaşanların zorakılığının İordan çayının qərb sahilində vəziyyəti alovlandıra biləcəyi barədə dəfələrlə xəbərdarlıq edən Avi Blutu əvəz edəcək.
İsrailin müdafiə naziri Katz zorakı məskunlaşanlardan birinə tətbiq edilən məhdudiyyətlərlə bağlı mübahisədən sonra Blutun vəzifədən çıxarıldığını canlı televiziya efirində açıqlayıb.
Zərintac Mayisqızı

















